Saakaşvili “Milli Hərəkat”da radikal dəyişikliklər elan etdi
Bugün
117
Siyasət
A
Saakaşvili “Milli Hərəkat”da radikal dəyişikliklər elan etdi

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin sözlərinə görə, o, “Vahid Milli Hərəkat” partiyasında radikal dəyişikliklər planlaşdırır.

Aktual.ge xəbər verir ki, o, bu barədə ünvanladığı açıq məktubda qeyd edib.

“Mən təkcə saç düzümümü dəyişməmişəm, həm də ‘Vahid Milli Hərəkat’da radikal dəyişikliklər etməyi planlaşdırıram" , - əlavə edib.

Mixeil Saakaşvili televiziya aparıcısı, jurnalist Nanuka Jorjolianinin "Vahid Milli Hərəkata" qoşulmağa dəvət edib.

"Partiyanın yenilənməsinin əsas məqsədi onun ilkin, dərin xalqçı təşkilat simasını geri qaytarmaqdır. Hamıya göstərməliyik ki, biz bütün gürcülərin (həm etnik gürcülərin, həm də Gürcüstanın digər vətəndaşlarının) birliyiyik, dar elit qrup deyil.

Mənim, Levanın və digər liderlərin həbsdə olduğu şəraitdə partiyanın canlandırılmasına, əsaslı yenilənməsinə və fəallaşdırılmasına ehtiyac var. Bu məqsədlə birlikdə razılaşdıq ki, partiyanın islahatı üçün parlaq Nanuka Jorjoliani və onun möhtəşəm komandasını öz sıralarımıza qataq.

Mən Nanukanı artıq 25 ildir tanıyıram. O, heç vaxt ideyalara xəyanət etməyib. Həmişə xalqa yaxınlığı, həqiqət uğrunda mübarizəsi, böyük cəsarəti və yenilikçi yanaşması ilə seçilib. Onun həm ölkə daxilində, həm də xaricdə böyük nüfuzu var və ən əsası, fundamental yeniliklər üçün çox düzgün ideyalara malikdir.

Nanukaya tam etibar edirəm və ona mandat verirəm ki, çoxsaylı üzvlərimiz və partiya sədri Tika Bokuçava ilə birlikdə dəyişiklikləri həyata keçirsin.

Partiya yeni insanlar üçün açıq olmalıdır. Təcrübəli köhnə kadrların dəyərini qorumaqla yanaşı, çeviklik və desentralizasiya tətbiq etməli, yeni texnologiyaları təcili mənimsəməli və müasir maliyyə toplama sistemi yaratmalıyıq. Bütün bunlarda Nanukanın və hamımızın sizin köməyinizə ehtiyacı olacaq. Bir daha vurğulamaq istəyirəm ki, biz sədaqəti və idealizmi qiymətləndiririk. Biz həqiqətin xidmətçiləriyik!

İndi Ukraynanın qələbələri, Macarıstan və Ermənistanda Rusiyanın məğlubiyyətləri, Avropa və Amerikanın fəallaşması fonunda məğlubiyyət psixologiyasından imtina etməli və qələbə dalğasına köklənməliyik. Sonra həqiqətən azad seçkilərdə gürcü xalqı və yenilənmiş ‘Milli Hərəkat’ qalib gələcək” , - deyə sabiq prezident qeyd edib.

ŞƏRH YAZ
0