ABŞ və İran arasında razılaşmanın DETALLARI AÇIQLANDI
Bugün
195
Siyasət
A
ABŞ və İran arasında razılaşmanın DETALLARI AÇIQLANDI

İran və ABŞ arasında iyunun 19-da müqavilə imzalanarsa, 30 gün ərzində Hörmüz boğazı tamamilə açılacaq.

Aktual.ge xəbər verir ki, bu iddia ilə İranın "Mehr" agentliyi çıxış edib.

Mənbələrin məlumatına görə, ABŞ bir ay müddətində İran limanlarının dəniz blokadasını aradan qaldırmağı və İslam Respublikası ilə sərhəd bölgələrdən öz hərbi kontingentini çıxarmağı da öhdəsinə götürür.

Bundan başqa ABŞ danışıqların yekun mərhələsinin aparıldığı dövrdə İrana qarşı yeni sanksiyalar tətbiq etməmək öhdəliyi götürür.

Məlumata görə həmin dövrdə Vaşinqton Yaxın Şərqə yeni hərbi qüvvələrin göndərilməsindən çəkinəcək. Agentlik bildirir ki, atəşkəs rejimi dərhal və Livan da daxil olmaqla bütün cəbhələrdə qüvvəyə minməlidir.

Bundan başqa qeyd olunub ki, İran və ABŞ-nin imzalayacağı gözlənilən razılaşma BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə təsdiqlənəcək. Tərəflər həmçinin müqavilənin icrasına nəzarət etmək üçün xüsusi mexanizmin yaradılması barədə razılığa gəliblər. Qeyd olunan mexanizmin nələri ehtiva edəcəyi və bu missiyanın hansı səlahiyyətlərə malik olacağını agentlik dəqiqləşdirməyib.

ŞƏRH YAZ
0