Vahid milli imtahanlar 2 iyulda başlayacaq və 22 iyulda başa çatacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi məlumat verib.
Abituriyentlər ilk imtahanı gürcü dili və ədəbiyyatı fənni üzrə verəcəklər, imtahan dövrü isə fizika imtahanı ilə yekunlaşacaq.
"İmtahan prosesi 2 iyulda vahid milli imtahanlarla başlayacaq. Abituriyentlər ilk imtahanı gürcü dili və ədəbiyyatı üzrə verəcəklər. 22 iyulda vahid milli imtahanlar fizika imtahanı ilə başa çatacaq.
Müəllimlərin imtahanlarına qeydiyyatdan keçənlər imtahan prosesinə iyulun 5-dən etibarən qoşulacaqlar.
17 iyulda tələbələrin qrant müsabiqəsi keçiriləcək, magistratura pilləsinə namizədlər isə ümumi magistratura imtahanını 23 və 24 iyul tarixlərində verəcəklər.
İmtahanın tarixi, imtahana gəliş vaxtı və imtahan mərkəzinin ünvanı imtahan vərəqində qeyd olunacaq. İmtahan verənlərin öz qeydiyyat səhifələrindən vərəqləri nə vaxtdan çap edə biləcəklərinə dair məlumat Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin rəsmi internet saytında dərc olunacaq.
2026-cı ildə imtahan mərkəzləri Tbilisi, Batumi, Zuqdidi, Kutaisi, Poti, Axaltsixe, Qori və Ozurqetidə fəaliyyət göstərəcək", - deyə məlumatda qeyd olunub.