Kateqoriyalar
Marneuli bələdiyyəsinin kəndlərindən birində bıçaqlanma hadisəsi baş verib.
Aktual.ge-nin verdiyi xəbərə görə, hadisə iyunun 13-də axşam saatlarında qeydə alınıb.
Əldə olunan məlumata əsasən, toydan bir gün əvvəl təşkil olunan şənlik mərasimində müsiqi sifarişlə bağlı tərəflər arasında mübahisə yaranıb.
Daha sonra sözlü mübahisə qanlı insidentlə nəticələnib. Orta yaşlı iki nəfər bir-birini bıçaqlayıb. Yaralılardan birinin vəziyyətinin orta-ağır, digərinin isə stabil olduğu öyrənilib.
Aktual.ge hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışır.