Kateqoriyalar
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Mariamoba bayramı ilə əlaqədar 226 nəfəri əfv edib.
Aktual.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, əfv 217 məhbus və 6 məhkumluqdan kənar cəza alan şəxsə şamil olunub, 3 şəxsin isə məhkumluğu götürülüb.
“Gürcüstan prezidenti tərəfindən Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətdən istifadə humanizm prinsipinə və dövlət maraqlarına əsaslanır”, - deyə məlumatda qeyd olunub.