Kateqoriyalar
Nepalın dağlıq Rasuva rayonunda Bxote-koşi çayında suyun səviyyəsinin qalxması səbəbindən baş vermiş güclü daşqın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Aktual.ge xəbər verir ki, bu barədə BBC polis məlumatlarına istinadən bildirib.
Nepal Turizm İdarəsi bildirib ki, daşqından zərər çəkmiş rayonda olan 291 turistin və bələdçilər də daxil olmaqla 93 Nepal vətəndaşının yerinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.
Onların arasında Böyük Britaniya və digər ölkələrdən olan 12 səyahətçi də var.