Hüquq-mühafizə orqanları İnterpolun “qırmızı bülleten”i ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.
Aktual.ge xəbər verir ki, bu brədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Qeyd olunub ki, Azərbaycan vətəndaşı Sarp sərhəd keçid məntəqəsində saxlanılıb.
“Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun 'qırmızı bülleteni' ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.
Saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi əsasında xuliqanlıq və özgəsinin əmlakını qəsdən zədələmə ittihamları ilə axtarışda olub.
Hüquq-mühafizə orqanlarının apardığı istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs Sarp gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.
Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir”, - məlumatda deyilir.