DİN Zurab Caparidzenin Türkiyəyə girişinə qadağa qoyulması ilə bağlı açıqlama verib
14.10.2026 17:23
196
Siyasət
A
DİN Zurab Caparidzenin Türkiyəyə girişinə qadağa qoyulması ilə bağlı açıqlama verib

Daxili İşlər Nazirliyi Türkiyə hava limanında “Dəyişikliklər üçün Koalisiya”nın liderlərindən biri olan Zurab Girçi Caparidzenin saxlanılması ilə bağlı açıqlama verib.

Aktual.ge xəbər verir ki, açıqlamada bildirilib ki, Caparidzenin hər hansı ölkəyə girişinin qadağan edilməsi ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin tələbi olmayıb.

Xatırladaq ki, Zurab Girçi Caparidzenin sözlərinə görə, o, Türkiyədə sərhəddə saxlanılıb. Siyasətçinin bildirdiyinə görə, ona Türkiyəyə girişinə 2025-ci ilin noyabr ayından etibarən qadağa qoyulduğu və bunun səbəbinin Gürcüstanın rəsmi qurumlarından əldə edilən məlumatlar olduğu izah edilib.

Zurab Girçi Caparidzenin sözlərinə görə, onu sabah Gürcüstana geri göndərəcəklər.

ŞƏRH YAZ
2