Savalan Mirzəyev plenar iclasda analıq məzuniyyəti pullarının qorunması ilə bağlı qanun layihəsi təqdim edib
Bugün
133
Siyasət
A
Savalan Mirzəyev plenar iclasda analıq məzuniyyəti pullarının qorunması ilə bağlı qanun layihəsi təqdim edib

Parlamentin üzvü Savalan Mirzəyev "Gürcü Arzusu" deputatlarının “İcra icraatı haqqında” qanuna dəyişiklik edilməsi layihəsini Parlamentin plenar iclasında tribunadan təqdim edib.

Aktual.ge xəbər verir ki, o, çıxışında deyib:

"Üçüncü oxunuşda 'İcra icraatı haqqında' Gürcüstan Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edirəm.

Bildirmək istərdim ki, komitədə üçüncü oxunuşda təqdim olunan qanun layihəsi Gürcüstan Parlamentinin Aparatının Hüquqi Departamentinin müvafiq rəyinə əsasən hazırlanıb. Həmin rəy qanun layihəsinin ikinci oxunuşda nəzərdən keçirilməsi zamanı verilmiş və hazırda təqdim olunan redaktə edilmiş variantı əhatə edir". 

“İcra icraatı haqqında” qanuna dəyişiklik edilməsi layihəsi nədir?

Xatırladaq ki, oktyabr ayının 10-u Parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komitəsinin iclasında millət vəkili Savalan Mirzəyev "Hamiləlik və doğuşa görə ödənişli məzuniyyət, həmçinin uşağa qulluq üçün ödənişli məzuniyyət müddətində dövlət büdcəsindən hökumətin müəyyən etdiyi məbləğdə pul yardımı verilsin" qanun layihəsinin izahı təqdim edib.

Qanun layihəsinə əsasən:

-  Borclardan qorunma: Qanun layihəsinə əsasən, hamiləlik, doğuş və uşağa qulluqla əlaqədar verilən dövlət müavinətlərinə icra prosesi zamanı həbs qoyula bilməz və həmin vəsait borcun tutulması məqsədilə icraya yönəldilməyəcək.

-  Məbləğ limiti: Gürcüstan hökumətinin müvafiq qərarına əsasən, bu müavinətlərin ümumi məbləği maksimum 2 000 lari müəyyən edilib.

- Nəticə: Dəyişiklik qəbul olunacağı təqdirdə, borclu olan hamilə qadına və ya valideynə qarşı icra prosesi aparılarkən dövlət tərəfindən köçürülən analıq məzuniyyəti pulu toxunulmaz olacaq.

Qanun layihəsinin müəllifləri parlament üzvləri Rati İonatamişvili, Savalan Mirzəyev, Zaza Lominadze, Aluda Qudauşauri, Salome Cincolava, Tornike Fağava, Sumbat Kuruqyan, Zurab Kadaqidze, Anton Obolaşvili, İrma Zavradaşvili, Rima Beradze və Mariam Laşxidir.

ŞƏRH YAZ
3