Polşada 6 nəfəri öldürən şəxs xəstəxanada öldü
Bugün
424
Siyasət
A
Polşada 6 nəfəri öldürən şəxs xəstəxanada öldü

Polşanın Krakov şəhərinin mərkəzində noyabrın 7-də baş verən atışmada ümumilikdə 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

Aktual.ge xəbər verir ki, ölənlərinin hamısı xarici ölkə vətəndaşıdır. Şahidlərin dediyinə görə, atəşi yoldan keçən qara avtomobildəki kişi açıb.

Atışmanın hədəfi təkcə yoldan keçənlər yox, tramvay və mağaza da olub. Hadisə həyata keçirən şəxs polislə girdiyi atışmadan sonra yaralanıb və ələ keçirilib. Polşanın daxili işlər naziri Marçin Kervinski isə atışma nəticəsində iki polisin ağır yaralandığını bildirib. Polşanın baş naziri Donald Tusk noyabrın 7-si axşam saatlarında mətbuat konfransı keçirərək, hücumu 25 yaşlı Polşa vətəndaşının həyata keçirdiyini bildirib. Onun adı hələlik rəsmi açıqlamaların heç birində paylaşılmayıb. Tuskun dediyinə görə, hücumu həyata keçirən sağ radikal ideologiyanın təsiri altında olub. Bununla belə Polşa mətbuatı hücumu həyata keçirən şəxsin hərbi forma geyindiyini, onun avtomobilində çoxlu sayda sursat aşkar edildiyini yazıb. Üstəlik, onun evində axtarış zamanı 3 nəfərin cəsədinin aşkarlandığını Tusk jurnalistlərə açıqlayıb. Polşa KİV-ləri isə onların hücumu həyata keçirən ata, ana və bacısı olduqlarını bildirib. Hücumdan sonra Polşada təhlükəsizlik tədbirlərinin səviyyəsi artırılıb. Ölkədə matəm elan ediləcəyi bildirilib

ŞƏRH YAZ
2