Bolnisi Rayon Məhkəməsi Prokurorluğun vəsatətini təmin etdi və R.M.-yə həbs qətimkan tədbiri seçdi və o, həbs cəzasına məhkum edildi.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu Bolnisinin Nahiduri (Arıxlı) kəndində arvadını qətlə yetirən şəxs barəsində yaydığı açıqlamada deyilir.
"Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində məlum olub ki, 12 iyun tarixində Bolnisi rayonunun Naxiduri kəndində R.M., həyat yoldaşı S.İ.-yə Fiziki təcavüz edib. Alınan xəsarətlər nəticəsində S.İ. Xəstəxanaya aparılmadan əvvəl vəfat edib. Polis R.M.-nı 13 iyun tarixində gözaltına alıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 4-cü hissəsi ilə (ailə üzvünə qəsdən ağır bədən xəsarəti yetirməklə nəticələnən ölüm hadisəsi) ittiham olundu, bu da 6 ildən 9 ilə qədər həbs cəzası nəzərdə tutur",-məlumatda deyilir.
Qeyd olunub ki, cinayət işi üzrə istintaq davam edirş S.İ.-nin Ölüm səbəbini müəyyənləşdirmək üçün tibbi müayinə planlaşdırılır. Nəticə alındıqdan sonra kvalifikasiya dəqiqləşdiriləcək.