2026-cı ilin yanvar-aprel aylarında kommersiya bankları (mikrobanklar) 1,171 milyard lari xalis mənfəət əldə ediblər.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Bank tərəfindən dərc olunan maliyyə göstəricilərində məlumat verilib.
Milli Bankın statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 166,5 milyon lari və ya təxminən 16,6% artım deməkdir. Belə ki, məlumatlara görə, 2025-ci ilin yanvar-aprel aylarında bankların mənfəəti 1,004 milyard lari təşkil edib.
Ayrı-ayrı banklara gəldikdə, 2026-cı ilin ilk 4 ayında ən çox mənfəəti yenə də "Bank of Georgia" ("Sakartvelos Banki") əldə edib, ən çox zərər edən bank isə "VTB Bank" olub.
Bankların ümumi mənfəətinin demək olar ki, 90%-i yalnız 2 bankın payına düşür
Qeyd edək ki, kommersiya banklarının ümumi mənfəətinin 89,4%-i yalnız 2 bankın – "Bank of Georgia" və "TBC Bank"ın payına düşür.
Milli Bankın saytında dərc olunan statistikaya görə, 2026-cı ilin yanvar-aprel aylarında bankların/mikrobankların mənfəəti belə bölüşdürülüb:
"Bank of Georgia" – 603,007 milyon lari;
"TBC Bank" – 444,081 milyon lari;
"Basisbank" – 38,472 milyon lari;
"Liberty Bank" – 29,116 milyon lari;
"Credo Bank" – 24,3 milyon lari;
"ProCredit Bank" – 12,297 milyon lari;
"Tera Bank" – 10,377 milyon lari;
"Cartu Bank" – 9,148 milyon lari;
"Halyk Bank" – 7,941 milyon lari;
Mikrobank "Crystal" – 5,898 milyon lari;
"İşbank" – 5,051 milyon lari;
"Pasha Bank Georgia" – 3,796 milyon lari;
"Pay Bank" – 3,473 milyon lari;
"Ziraat Bank Georgia" – 1,841 milyon lari;
Mikrobank "MBC" – 1,227 milyon lari.
2026-cı ilin 3 ayı ərzində zərər edən banklara gəldikdə, göstəricilər belədir:
"VTB Bank" – 15,432 milyon lari;
"Silk Bank" – 8,926 milyon lari;
"Hash Bank" – 3,717 milyon lari;
"Paysera Bank Georgia" – 453 min lari.
Məlumat üçün bildirək ki, hesabat dövründə bazarda 17 kommersiya bankı və 2 mikrobank fəaliyyət göstərirdi.