Kateqoriyalar
Avtomobil qəzası Kvarelidə gənc oğlanın həyatına son qoyub.
Aktual.ge xəbər verir ki, dünən baş verən qəza hadisəsi Kvarelinin girişində baş verib.
Məlumata görə, içində 5 gəncin olduğu minik avtomobili təbii qaz borusuna çırpılıb. Nəticədə 17 yaşlı oğlan hadisə yerində həyatını itirib, avtomobildə olan digər gənclər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başlanıb.