"Ümumi danışıqlar aparmaq əvəzinə, müxalifət bax bu işlərlə məşğul olmalıdır. Konkret bir kəndin problemi var ki, məndən əvvəl azadlıqda olan siyasətçilər bununla maraqlanmayıblar və insanlar hər yerdə özlərini unudulmuş hiss edirlər".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili deyib.
"Qızılhacılı kəndində təbii qazın kəsilməsinin səbəbi ilə bağlı tərəflər fərqli versiyalar yayırlar:
• “Mamedgaz” MMC-nin rəhbəri Nəriman Allahverdiyev bəyan edir ki, qaz “SOCAR Gas Export-Import” ilə yaşanan maliyyə mübahisəsinə görə kəsilib. Onun sözlərinə görə, şirkət qaldırılmış qiymətlərlə razılaşmır və əlavə hesablanmış vəsaitləri ödəmir.
• SEMEK-in (Gürcüstan Milli Enerji və Sukanal Tənzimləmə Komissiyası) bəyanatına görə, Qızılhacılıda əhali üçün müəyyən edilmiş tarif 47 tetridir, lakin “Mamed” istehlakçılardan 57 tetri tələb edir. Həmçinin komissiyanın məlumatına görə, şirkətin sosial qazın satın alınması ilə bağlı yığılmış borcu var.
• SOCAR ittihamları rədd edir və bildirir ki, sosial qazın tariflərini özü müəyyən etmir, sadəcə dövlət tərəfindən təyin olunmuş qiymətləri tətbiq edir.
• SOCAR-ın məlumatına görə, “Mamed” illər ərzində qazın pulunu tam ödəməyib, nəticədə borc yaranıb və bu səbəbdən qazın verilməsi dayandırılıb.
• Faktla bağlı araşdırma həm SEMEK-də, həm də müvafiq istintaq orqanlarında davam edir, lakin proses həddindən artıq uzanır.
Hazırda əsas zərərçəkən təbii qazsız qalan və artıq uzun müddətdir ki, problemlərinin heç kimə maraqlı olmadığını hiss edən Qızılhacılı əhalisidir".