Bu gün Marneulinin mərkəzində, Merab Kostava küçəsində yerləşən “Şok Mebel” mağazasının təntənəli açılış mərasimi keçirilib.
Marneulidə analoqu olmadığı bildirilən yeni mebel mağazasının açılışına ictimaiyyət nümayəndələri, iş adamları, yerli sakinlər və incəsənət nümayəndələri Afik Novruzov və Sahil Dəniz qatılıblar. Tədbirin fəxri qonaqları sırasında Azərbaycanın sevilən əməkdar artisti Xumar Qədimova da yer alıb.
Bayram ab-havasında keçən açılış mərasimi konsert proqramı ilə davam edib. Azərbaycan estradasının tanınmış siması Xumar Qədimova sevilən mahnılarını ifa edərək tədbir iştirakçılarına xoş anlar yaşadıb.
Mağazanın rəsmi açılış lentini müəssisənin sahibi, iş adamı Yalçın Qərəhməzli ailə üzvləri və Xumar Qədimova ilə birlikdə kəsib.
Böyük maraqla qarşılanan açılış mərasimindən sonra qonaqlar “Şok Mebel”in geniş və müasir ticarət zalı ilə tanış olublar. Burada təqdim olunan zəngin mebel çeşidləri, müasir dizayn həlləri və sərfəli qiymətlər iştirakçıların diqqətini cəlb edib.
Mağazanın meneceri Elşad Gülməmmədov bildirib ki, “Şok Mebel”də alıcılara müxtəlif zövqlərə uyğun geniş məhsul çeşidi təqdim olunur.
Qeyd edək ki, 1200 kvadratmetrlik geniş satış sahəsinə malik “Şok Mebel”də Türkiyə və Çin istehsalı olan yüksək keyfiyyətli fabrik məhsulları yer alır. Burada müxtəlif mebel dəstləri, dekorativ aksesuarlar, bağ və həyət üçün istirahət stulları, həmçinin cehizlik məhsulların zəngin seçimi alıcılara təqdim edilir.
(R)