Marneuli Qədir-Xum sevincini yaşadı - VİDEO
Bugün
130
Din
A
Marneuli Qədir-Xum sevincini yaşadı - VİDEO

Qədir-Xum bayramı münasibətilə Marneuli şəhərində təntənəli tədbir keçirilib.

Tədbir axşam saatlarında "Azərbaycan Evi"nin parkında baş tutub və İmam Hüseyn Heyəti tərəfindən təşkil edilib.

Mərasimdə din xadimləri, elm və ictimaiyyət nümayəndələri, eləcə də şəhər və ətraf kəndlərdən gələn çoxsaylı sakinlər iştirak ediblər.

Müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayan tədbirdə çıxış edən din xadimləri Qədir-Xum hadisəsinin İslam tarixində mühüm yer tutduğunu, müsəlmanlar üçün birlik, sədaqət, ədalət və mənəvi dəyərlərin rəmzi olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində uşaqlara şirniyyatlar və müxtəlif hədiyyələr təqdim olunub.

Mərasimin bədii hissəsində isə Əhli-beyt məddahları Səid Həsən və Anar Cəfəri çıxış edərək mənəvi məzmunlu ifaları ilə iştirakçılara xoş ovqat bəxş ediblər.

Bayram tədbiri ilahi nəğmələr sədası altında atəşfəşanlıqla başa çatıb.

ŞƏRH YAZ
0