Keçmiş səfir Dursun Həsənov vəfat edib
Bugün
629
Siyasət
A
Keçmiş səfir Dursun Həsənov vəfat edib

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.

Bu barədə Aktual.ge xəbər verir.

Məlumata görə, Dursun Həsənov Bakıda, yaşadığı evdə vəfat edib.

Əldə olunan məlumata əsasən, mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti inzibati ərazi vahidliyindəndir. O, Gürcüstan SSR-in dövlət və partiya xadimi, Ali Sovetin deputatı Ayvaz Dursun oğlu Həsənovun oğludur.

Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. O, 2017–2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

ŞƏRH YAZ
1