Tehranda İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi başlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə xarici mediası məlumat yayıb.
Məlumata görə, Prezident Məsud Pezeşkian vətəndaşları matəm tədbirlərində kütləvi şəkildə iştirak etməyə çağırıb.
Bildirilib ki, vida mərasimində 100-ə yaxın ölkədən rəsmi nümayəndə heyətlərinin iştirakının gözlənildiyi bildirilib.
Vida mərasimləri iyulun 9-dək davam edəcək və təkcə İranın bir neçə şəhərində deyil, həmçinin İraq ərazisində də keçiriləcək.
Qeyd olunub ki, mərasim Tehranın mərkəzində İslam inqilabının lideri ayətullah Ruhullah Xomeyni adına Mosalla ibadət kompleksində keçirilir.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin sözlərinə görə, vida mərasiminə 8 dövlət başçısı və 12 parlament rəhbəri qatılacaq. Agentlik qeyd edib ki, İraq Kürdüstan Regionunun Başçısı Nəçirvan Bərzani, Ermənistanın baş naziri Nikol Paşinyan, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov artıq paytaxt Tehrana gəliblər. Bəqai həmçinin qeyd edib ki, 100-ə qədər ölkə bu mərasimdə iştirak etmək üçün həm rəsmi nümayəndə heyətləri, həm də ictimai xadimlər və qruplar göndərir. Tədbirdə qonşu dövlətlərdən olan yüksək səviyyəli heyətlər də yer alıb. Bəqai bildirib ki, çox sayda dövlətdən isə xarici işlər nazirləri, digər hökumət üzvləri və xüsusi nümayəndələr iştirak edirlər.
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin təhlükəsizlik səbəblərinə görə atası Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcəyi bildirilib.
Tehranda Qətər, Livan, Suriya, Venesuela, Belarus və KXDR-dən də nümayəndə heyətləri gözlənilir. Bununla yanaşı, HƏMAS, "Hizbullah", Yəmən husiləri və İraqdakı müqavimət qruplaşmalarının nümayəndələrinin də iştirakı planlaşdırılır.
Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana birgə hücumu nəticəsində yaxın ailə üzvləri ilə birlikdə şəhid olub. Əli Xameneinin cənazəsi iyulun 9-da Məşhəddə İmam Rza türbəsində torpağa tapşırılacaq.
Qeyd edək ki, Seçki Kollegiyası tərəfindən prezidentliyə seçilmiş Mixeil Kavelaşvilinin də vida mərasimində iştirak edəcəyi bildirilib.








