Marneuli və bu kəndlərdə 3 sutkadan artıq qaz olmayacaq
Bugün
534
Hadisə
A
Marneuli və bu kəndlərdə 3 sutkadan artıq qaz olmayacaq

Gürcüstanın Qaz Nəqliyyat Şirkətinin məlumatına görə, Qırmızı Körpü–Tsalka–Axalkalaki magistral qaz kəmərində xətt kranlarının yenidən qurulması və bərpası işləri ilə əlaqədar Marneuli şəhəri və bələdiyyənin əksər kəndlərində təbii qazın verilişi 3 gün müddətinə dayandırılacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Marneuli Meriyası məlumat yayıb.

Məlumata əsasən, 6 iyul saat 06:00-dan 9 iyul saat 09:00-dək təbii qazın verilişi müvəqqəti olaraq dayandırılacaq.

Meriyanın açıqlamasında bildirilir:

"Təhlükəsizlik normalarına riayət olunması məqsədilə aparılan işlər çərçivəsində 6 iyul saat 06:00-dan 9 iyul saat 09:00-dək Marneuli bələdiyyəsinin aşağıdakı yaşayış məntəqələrinə təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq:

Marneuli şəhəri, Ağqula, İmir, Xixani, Tsereteli, İmircala, Böyük Muğanlı, Norqiuli, Tsitelisopeli, Lejbəddin, Bəylər, Daştəpə, Keşəli, Saimerlo, Aşağı Saral, Alget üzümçülük təsərrüfatı, Tamarisi, Təkəli, İlməzli, Hallavar, Kirəç Muğanlı, Ambarovka, Dioknisi, Xancığazlı, Yuxarı Saral, Qaçağan, Qırıxlı, Yenikənd, Yuxarı Qullar, Muğanlı, Axlomahmudlu, Aşağı Qullar, Araflı, Qasımlı, Dəmyə-Görarxı, Ulaşlı, Sadaxlı, Beytərəfçi, Yuxarı Kirovka, Maradisi, Dəmyə, Ağməmmədli, Mollaoğlu, Quşçu, Tsopi, Baytallı, Sabirkənd, Xuldərə, Seyidqocalı, Əzizkənd, Burma, Metsamula, Hacıisakənd, Şaumyan, Axlolalo, Baydar, Şulaver, Təzəkənd, Tserakvi, Alget, Kürtlər və Sioni.

ŞƏRH YAZ
4