İranda səfərdə olan Mixeil Kavelaşvili İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Aktual.ge xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
“Prezident görüş zamanı İranda baş vermiş faciəvi hadisələrlə bağlı bir daha başsağlığı verib və həlak olanların xatirəsini ehtiramla yad edib.
Görüşdə Gürcüstan və İran arasında mövcud olan mehriban qonşuluq münasibətləri və ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. Regional sülhün və sabitliyin təmin edilməsinin vacibliyinə diqqət yetirilib.
Tərəflər Gürcüstan və İran arasında qarşılıqlı hörmətə, bir-birinin suverenliyi və milli maraqlarının nəzərə alınmasına əsaslanan əməkdaşlığı vurğulayıblar.
Gürcüstan Prezidenti İran Prezidentinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.
Tehrana səfər çərçivəsində bu gün Gürcüstan Prezidenti Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edəcək. Mərasimdə region ölkələrinin, o cümlədən Türkiyə, Azərbaycan, Ermənistan və dünyanın müxtəlif ölkələrindən liderlərin iştirak edəcəyi bildirilir” — Prezident Administrasiyasının yaydığı məlumatda qeyd olunub.