Baş nazir İrakli Kobaxidze Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birlikdə Tbilisidə özbək şairi Əlişir Nəvainin abidəsinin açılış mərasimində iştirak edib.
Aktual.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb.
Bildirilib ki, mərasim Tbilisinin Varketili qəsəbəsində yerləşən Əlişir Nəvai parkında keçirilib.
Tədbirdə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, eləcə də hər iki ölkənin hökumət üzvləri iştirak ediblər. Mərasimə Tbilisi şəhərinin vitse-meri Giorgi Tkemaladze və Şəhər Şurasının sədri Zurab Abaşidze də qatılıblar.
Çıxışlarda qeyd olunub ki, Əlişir Nəvainin abidəsinin açılışı Gürcüstan və Özbəkistan arasında uzunmüddətli dostluq və strateji tərəfdaşlıq münasibətlərinin rəmzidir.

