Qori şəhərində baş verən qəza ölümlə nəticələnib
14.07.2026 14:13
164
Hadisə
A
Qori şəhərində baş verən qəza ölümlə nəticələnib

Qori şəhərində baş verən qəza ölümlə nəticələnib. 

Aktual.ge xəbər verir ki, hadisə şəhərin Çavçavadze küçəsində qeydə alınıb.

“Jeep" markalı avtomobil yolu keçmək istəyən ana və onun azyaşlı övladını vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan hər iki şəxs dərhal Qoridəki klinikalara çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, gənc qadının və azyaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
3