Marneulidə oğurluq faktı ilə 4 nəfər saxlanılıb
27.09.2021 12:26
849
Kriminal
A
Marneulidə oğurluq faktı ilə 4 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Kvemo Kartli Polis Şöbəsinin Marneuli Rayon Şöbəsinin əməkdaşları oğurluq qruplaşması ittihamı ilə 4 nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DİN-dən məlumat yayılıb.

Məlumata əsasən 1995-ci il təvəllüdlü keçmişdə də oğurluq etməkdə məhkum olunmuş və hazırda şərti məhbusluq altında olan F.O., 1998-ci il təvəllüdlü İ.İ., 1985-ci il təvəllüdlü Ş.H. və 1975-ci il təvəllüdlü F.M. saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli Bələdiyyəsinin Şulaveri kəndində yaşayan vətəndaş 1950-ci il təvəllüdlü M.B.-nin evinə quldurluq məqsədi ilə qanunsuz olaraq daxil olub.

Təcavüzkarlar qadını bıçaqla hədələyərək qanunsuz olaraq evdən 1000 lari məbləğində pul və 3000 lari dəyərində qızıl zinət əşyaları və digər bəzək əşyalarını qanunsuz olaraq götürüblər, sonra isə hadisə yerindən qaçıblar.

“Əməliyyat-istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları dörd təqsirləndirilən şəxsi saxlayyıb.

Polis, soyğunçuluq yolu ilə ələ keçirilən zinət əşyalarının bir hissəsini sübut kimi ələ keçirib.

Qrup soyğunçuluğu faktı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə istintaq davam etdirilir”, - deyə məlumatda bildirilib.

ŞƏRH YAZ
1