Qardabanidə qrup halında ağır cinayət törədən 2 nəfər saxlanılıb
Bugün
305
Kriminal
A
Qardabanidə qrup halında ağır cinayət törədən 2 nəfər saxlanılıb

Qardabanidə qrup halında zorakılıq — iki nəfər həmyerlilərini döyərək hadisə yerindən qaçıb.

Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, fiziki qarşıdurmadan əvvəl tərəflər arasında mübahisə baş verib.

Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları qrup halında zorakılıq törətməkdə şübhəli bilinən 2 nəfəri hadisədən qısa müddət sonra saxlayıblar.

Hadisə ilə bağlı araşdırma Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci prima hissəsi ilə aparılır. Bu maddə 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
0