19 ton vaxtı keçmiş ət məhsulu “Halal” adı ilə satışa çıxarılmadan ələ keçirilib - VİDEO
Bugün
110
Kriminal
A
19 ton vaxtı keçmiş ət məhsulu “Halal” adı ilə satışa çıxarılmadan ələ keçirilib - VİDEO

Gürcüstanda 19 ton vaxtı keçmiş və insan sağlamlığı üçün təhlükəli ət məhsullarının satışa çıxarılması faktı aşkarlanıb. Görüntülərdən məlum olur ki, məhsulların üzərində “Halal” yazısı da olub.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı və görüntüləri Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Bildirilib ki, Prokurorluqla koordinasiya çərçivəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində insan sağlamlığı üçün təhlükəli məhsulların satışı ilə bağlı bir şəxs cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs xarici ölkə vətəndaşından 19 ton vaxtı keçmiş və insan sağlamlığı üçün təhlükəli dondurulmuş mal əti məhsulları alıb. O, həmin məhsulları Tbilisidə yerləşən soyuducu anbarlardan birində saxlayıb və satış məqsədilə mərhələli şəkildə özünə məxsus ət mağazasına aparıb.

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları təqsirləndirilən şəxsə məxsus mağazadan və soyuducu anbardan külli miqdarda vaxtı keçmiş məhsulu maddi sübut kimi götürüblər.

ŞƏRH YAZ
1