Kərbəlada Gürcüstan bayraqları altında
Bugün
50
Din
A
Kərbəlada Gürcüstan bayraqları altında "Borçalı İmam Hüseyn Xeyməsi" - VİDEO

Marneulidən olan bir qrup gənc İraqın Kərbəla şəhərində İmam Hüseynin Ərbəin ziyarəti münasibətilə zəvvarlara ehsan paylayır.

Gənclər Marneuli sakinlərinin dəstəyi ilə Kərbəlada, 387 nömrəli sütunun yaxınlığında qurduqları və ətrafında Gürcüstan dövlət bayraqlarının dalğalandığı, “Borçalı İmam Hüseyn Xeyməsi” adlandırdığları stenddə artıq iki gündür fəaliyyət göstərirlər.

Səhər saatlarında ziyarətçilərə çay, axşam saatlarında isə təxminən 250 şiş kabab hazırlanaraq təqdim olunur.

Bildirilib ki, stenddə istirahət etmək istəyən zəvvarlar üçün gecələmək və digər zəruri ehtiyaclarını qarşılamaq məqsədilə lazımi şərait yaradılıb.

Qeyd olunub ki, qrupun fəaliyyəti 10 gün davam edəcək.

İlahiyyatçı Hacı Fariz Rəcəbovun sözlərinə görə, artıq gənclər bir neçə ildir ki müvafiq təşəbbüsü həyata keçirirlər.

ŞƏRH YAZ
0