Mərakeşdən olan 70 minə yaxın miqrant Seutanı tərk edib
01.08.2026 13:14
260
Dünya
A
Mərakeşdən olan 70 minə yaxın miqrant Seutanı tərk edib

Sərhədi kütləvi şəkildə keçdikdən sonra son 30 saat ərzində 69,5 minə yaxın miqrant İspaniyanın Seuta şəhərini tərk edərək Mərakeşə qayıdıb.

Aktual.ge Report-a istinadən xəbər verir ki, eyni zamanda Taraxal sərhəd bəndində qoruyucu maneələrin quraşdırılmasına başlanılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, bu rəqəm təkcə son kütləvi axın zamanı Seutaya gələn miqrantları deyil, həm də əvvəllər orada olanları da əhatə edə bilər.

Bundan başqa, polis miqrantların bir hissəsinin ötən gün ərzində hər iki istiqamətdə sərhədi dəfələrlə keçə biləcəyini istisna etmir, buna görə də insanların faktiki sayı açıqlanan göstəricidən aşağı ola bilər.

ŞƏRH YAZ
0