Qızılhacılı kəndi ərazisində 150 heyvanlıq it sığınacağına start verilir - VİDEO
Bugün
108
Hadisə
A
Qızılhacılı kəndi ərazisində 150 heyvanlıq it sığınacağına start verilir - VİDEO

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində it sığınacağının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasına dair tender başa çatıb.

Təxmini dəyəri 200 min lari olan satınalmanın qalibi "Gondolini" MMC olub. Şirkət layihələndirmə işlərini 90 min lariyə həyata keçirəcək və müqavilə artıq imzalanıb.

Layihəyə əsasən, sığınacaqda 150 heyvan üçün yay və qış volyerləri, baytarlıq klinikası, laboratoriya, karantin binası, inzibati və köməkçi tikililər, həmçinin avtodayanacaq, krematorium və heyvanların gəzintisi üçün açıq sahələr inşa ediləcək.

Bununla yanaşı, layihə yerli sakinlərin narazılığı ilə müşayiət olunur. Qızılhacılı kəndinin bir qrup sakini daha əvvəl sığınacağın yaşayış məntəqəsinə yaxın ərazidə tikilməsinə etiraz edib, bunun təhlükəsizlik, sanitar vəziyyət və yaşayış şəraitinə mənfi təsir göstərə biləcəyini bildirib. Buna baxmayaraq, layihənin icrası davam etdirilir.

Qeyd edək ki, Marneuli Meriyası sığınacağın tikintisi üçün Qızılhacılı inzibati ərazisində yerləşən 9 917 kvadratmetrlik torpaq sahəsini 3 il müddətinə Milli Qida Agentliyinin müvəqqəti istifadəsinə verib. Bununla bağlı müqaviləni bu ilin 15 iyun tarixində Marneuli Meri Daur İsmayılov Qida Təhlükəsizliyi Agentliyinin Kvemo Kartli regional xidmətinin rəhbəri Miranqula Liparteliani ilə imzalayıblar.

Daha ətraflı Salo Salahlının video xəbərində:

ŞƏRH YAZ
0