OXU Olimpiadası 2026-nın qalibləri mükafatlandırılıb
29.07.2026 20:39
153
Mədəniyyət
A
OXU Olimpiadası 2026-nın qalibləri mükafatlandırılıb

OXU Təhsil Mərkəzində OXU Olimpiadası 2026-nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Aktual.ge xəbər verir ki, mərasimdə olimpiadanın qaliblərinə diplom, medal və xüsusi hədiyyələr təqdim olunub.

Birinci dəfə təşkil olunan olimpiadanın ilk turunda Marneuli, Qardabani və Bolnisi rayonlarından 200-dən çox şagird iştirak edib. Nəticələrə əsasən, 120 şagird ikinci tura vəsiqə qazanaraq final mərhələsində iştirak edib.

Final mərhələsinin yekununda hər sinif və fənn üzrə qaliblərə diplom və medallar təqdim olunub. Həmçinin hər fənn üzrə bütün siniflər arasında ən yüksək nəticə göstərən şagirdlər xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Gürcü dili üzrə Gülsüm Vəliyeva 100/100 nəticə ilə birinci olub. O, Candar İctimai Məktəbinin şagirdidir.

Riyaziyyat üzrə Qurban Orucov 100/100 nəticə göstərərək birinci yeri tutub. O, Marneuli №3 Məktəbinin şagirdidir.

İngilis dili üzrə isə Hüseyn Bədəlov 95/100 nəticə ilə birinci olub. O da Marneuli №3 Məktəbinin şagirdidir.

Mərasim zamanı qalib şagirdlərin təhsil aldıqları məktəblər də mükafatlandırılıb.

"Qalib şagirdlərin məktəbi" nominasiyası üzrə Candar İctimai Məktəbi və Marneuli №3 Məktəbi mükafatlandırılıb.

"Ən aktiv məktəb" nominasiyası üzrə isə Yuxarı Saral İctimai Məktəbi kubokla təltif olunub.l

ŞƏRH YAZ
1