Baş nazir: Hökuməti zorakılıqla dəyişdirmək cəhdlərinin qarşısı uğurla alınıb, lakin təhdidlər aradan qalxmayıb
01.08.2026 13:53
246
Siyasət
A
Baş nazir: Hökuməti zorakılıqla dəyişdirmək cəhdlərinin qarşısı uğurla alınıb, lakin təhdidlər aradan qalxmayıb

"11 il əvvəl Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb bu qurum Gürcüstanın konstitusiya quruluşunun, dövlət suverenliyinin və hər bir vətəndaşın təhlükəsizliyinin qorunmasında əsas rol oynayır".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Hökumət başçısının sözlərinə görə, ölkənin demokratik və iqtisadi inkişafının, eləcə də tərəqqisinin əsas təməli sülh və sabitlikdir bu isə məhz DTX-nın hər bir əməkdaşının gündəlik fədakar fəaliyyətinə əsaslanır.

“Sülhün keşiyində dayanmaq hər gün yüksək risklərlə müşayiət olunur. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş qəhrəman zabitlərin xatirəsini ehtiramla yad edirəm.

Bu gün dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyət və regionumuzda təhlükəsizlik sahəsində ciddi çağırışlar fonunda xarici xüsusi xidmət orqanlarının və destruktiv qüvvələrin ölkədə sabitliyi pozmaq və hakimiyyəti zorakılıq yolu ilə dəyişmək cəhdlərinin qarşısı uğurla alınıb. Bununla belə, təhlükələr aradan qalxmayıb.

Ölkəmizin qarşısında duran əsas problemlərdən biri Gürcüstan ərazilərinin işğal altında qalmasıdır. Hökumətimizin əsas prioriteti işğal xətti boyunca baş verən destruktiv hərəkətlərə operativ reaksiya vermək və işğal olunmuş ərazilərdə yaşayan həmvətənlərimizin fundamental hüquqlarını qorumaqdır”, - deyə İrakli Kobaxidze qeyd edib.

 

 

ŞƏRH YAZ
7