Müxalif "Vahid Milli Hərəkat" partiyası XIII qurultayını keçirir.
Aktual.ge xəbər verir ki, bu gündən etibarən “Milli Hərəkat” üfüqi idarəetmə modelinə keçir.
Belə ki, bugünkü qurultayda partiyanın müvəqqəti idarə heyəti seçiləcək, partiya sədrinin seçkisi isə birbaşa qaydada 6 ay sonra keçiriləcək.
Həmçinin “Milli Hərəkat”da digər yenilik də ondan ibarət olacaq ki, partiya üzvləri üzvlük haqqı ödəyəcək və partiyaya ianələr formasında dəstək göstərəcəklər.
Bununla yanaşı, “Milli Hərəkat”ın İslahatlar Şurası fəaliyyətə başlayacaq. Şuranın sədri Mixeil Saakaşvili, icraçı katibi isə Nanuka Jorjoliani olacaq.
Qeyd edək ki, bundan əvvəl “Milli Hərəkat” Siyasi Şuranın iclasını keçirib. İclasda partiya sədrinin vəzifələrini icra edən Tinatin Bokuaça iştirak etməyib, lakin o, bu gün qurultaya gəlib.
Foto: IPN