9–11 avqust tarixlərində Gürcüstanda fasilələrlə yağış yağacağı gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Agentliyin məlumatına əsasən, 9 avqustda sahilyanı rayonlarda, o cümlədən Acara-Quriya, Sameqrelo-Zemo Svaneti, Raça-Leçxumi və Kvemo Svaneti, həmçinin Samtsxe-Cavaxeti regionlarının dağlıq ərazilərində; 10–11 avqustda isə Kaxeti, Kvemo Kartli və Mtsxeta-Mtianeti regionlarında bəzi yerlərdə güclü yağış gözlənilir.
“Mümkündür ki, şimşək çaxsın, dolu yağsın və külək güclənsin. Gözlənilən güclü yağıntılar kiçik çaylarda su daşqınlarına, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər" , - agentliyin etdiyi xəbərdarlıq məlumatında müvafiq hava şəraiti təhlükə səviyyəsi orta olaraq dəyərləndirilib.