Avqustun 25-i günün ikinci yarısından avqustun 26-ı günün sonunadək ölkənin ayrı-ayrı regionlarında hava şəraiti pisləşəcək.
Aktual.ge xəbər verir ki, bu brədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Məlumatda qeyd olunub ki, avqustun 25-i günün ikinci yarısından avqustun 26-nın sonunadək Samegrelo-Zemo Svaneti, eləcə də Racha-Lechkhumi və Kvemo Svaneti regionlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivliyin güclü olacağı gözlənilir. Şimşək çaxması və küləyin güclənməsi də mümkündür.
"Gözlənilən güclü yağışlar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq və təpəlik zonalarda isə sürüşmə-sel proseslərinin yaranmasına və fəallaşmasına səbəb ola bilər" , - qeyd edilən məlumatda müvafiq hava şəraitinin təhlükə səviyyəsi orta olaraq qiymətləndirilib.