İslamabadda DƏHŞƏT: Azı 15 körpə yanaraq ölüb
Bugün
419
Dünya
A
İslamabadda DƏHŞƏT: Azı 15 körpə yanaraq ölüb

İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun doğum şöbəsində baş verən yanğın nəticəsində azı 15 körpə həyatını itirib.

Aktual.ge xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Məlumata əsasən, hadisə anında yenidoğulmuşlar palatasında 16 uşaq olub. Onlardan yalnız birini xilas etmək mümkün olub.

Qeyd olunur ki, alov yerli vaxtla təxminən saat 06:45-də (Tbilisi vaxtı ilə 05:45 - red.) üçüncü mərtəbədəki palatada kondisioner kompressorunun partlaması səbəbindən başlayıb. Hazırda yanğın söndürülüb və ərazidə konstruksiyaların soyudulması işləri həyata keçirilir.

Baş vermiş hadisənin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb.

ŞƏRH YAZ
5