Marneuli şəhərində Türkiyənin məşhur ətir brendlərindən biri olan “Bargello”nun mağazasının təntənəli açılış mərasimi keçirilib.
Şəhər mərkəzində, gözəllik salonlarının yerləşdiyi ərazidə fəaliyyətə başlayan mağazanın açılış mərasimində yerli sakinlər, sahibkarlar və digər qonaqlar iştirak ediblər.
Böyük maraqla qarşılanan açılış mərasimində mağazanın qırmızı lentini sahibkar Ariz Qurbanov və həyat yoldaşı Zeynəb Süleymanova birlikdə kəsiblər.
Tədbir zamanı qonaqlara “Bargello” brendinə məxsus müxtəlif ətirlər hədiyyə olunub.
Müğənni Sahil Dəniz çıxışında Marneulidə artıq tanınmış və keyfiyyətli brend ətirlərin təqdim olunmasının əhəmiyyətindən danışıb.
Açılış mərasimi sahibkarların xüsusi gün münasibətilə hazırlanmış tortu kəsməsi və qonaqlara təqdim olunan furşet süfrəsi ilə davam edib.
Qeyd edək ki, “Bargello” Türkiyənin tanınmış ətir brendlərindən biridir. Brend qadın və kişilər üçün müxtəlif çeşiddə, uzunmüddətli qalıcı və fərqli qoxulara malik ətirlər təqdim edir.
Mağazada ətirlərlə yanaşı, dezodorantlar, saç və bədən spreyləri, duş gelləri, şampunlar, əl sabunları, avtomobil və ev üçün ətirlər də satışa təqdim olunur.