Səs-küylü avtomobil sürənlərin diqqətinə: YENİ QAYDA QÜVVƏYƏ MİNDİ
01.09.2026 10:47
535
Maraqlı
A
Səs-küylü avtomobil sürənlərin diqqətinə: YENİ QAYDA QÜVVƏYƏ MİNDİ

Bu gündən etibarən yol hərəkəti şəraitində nəqliyyat vasitəsinin istismarı zamanı yaranan səs-küy səviyyəsinin yoxlanılması beynəlxalq ISO standartına uyğun portativ cihaz vasitəsilə həyata keçiriləcək.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, yaşayış məntəqələrində gecə saatlarında – 23:00-dan 08:00-dək nəqliyyat vasitəsinin istismarı zamanı yaranan səs-küy 80 desibeldən çox olmamalıdır.

“Daxili işlər nazirinin müvafiq əmrinə əsasən, bu gündən – sentyabrın 1-dən etibarən Daxili İşlər Nazirliyinin səlahiyyətli bölmələri asayişin qorunmasının daha effektiv təmin edilməsi məqsədilə yol hərəkəti şəraitində nəqliyyat vasitəsinin istismarı zamanı yaranan səs-küy səviyyəsini nazirlik tərəfindən alınmış və beynəlxalq ISO 5130:2019 standartına uyğun olan portativ səs-küy ölçən cihaz dəsti vasitəsilə yoxlayacaqlar.

Nəqliyyat vasitələrinin istismarı zamanı yaranan səs-küyün yol verilən normaları Gürcüstan hökumətinin müvafiq qərarı ilə tənzimlənir. Qərara əsasən, yaşayış məntəqələrində gecə saatlarında – 23:00-dan 08:00-dək nəqliyyat vasitəsinin istismarı zamanı yaranan səs-küy 80 desibeldən çox olmamalıdır”, – deyə məlumatda bildirilib.

 

 

ŞƏRH YAZ
0