Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları nəqliyyat vasitəsinin oğurlanması ittihamı ilə əvvəllər dəfələrlə məhkum olunmuş və hazırda şərti cəza çəkən bir şəxsi saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qurumun məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət yolu ilə ələ keçirilmiş mikroavtobusu həmin gün Kaxeti regionunun bələdiyyələrindən birində aşkar edərək maddi sübut kimi götürüblər.
"Polis isti izlərlə həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıb.
İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin 'd' bəndi ilə aparılır. Bu maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.