Gürcüstanda yaşayan gənclər üçün “Azərbaycan Respublikasında təhsil imkanları” mövzusunda infosessiya keçiriləcək.
Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandaki Səfirliyi Məlumat yayıb.
"Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsinin iştirakı ilə baş tutacaq görüşlərdə iştirakçılara Azərbaycanda Azərbaycan, rus və ingilis dillərində ali təhsil imkanları, eləcə də təqaüdlü təhsil proqramları barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, mövcud dəstək mexanizmləri diqqətə çatdırılacaq" , - qeyd edilən məlumatda bildirilib ki, tədbir Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində baş tutacaq.
Tədbirin tarixi: 8-9 sentyabr
Saat: 10:00-12:00 və 14:00-16:00
Bildirilib ki, tədbirdə son sinif şagirdləri, tələbələr və valideynlər iştirak edə bilərlər.
İştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına ad, soyad, əlaqə nömrəsi və tədbirin adını göndərməklə qeydiyyatdan keçə bilərlər.