Gürcüstanda kredit verilməsi qaydaları sərtləşdirilir
Bugün
309
İqtisadiyyat
A
Gürcüstanda kredit verilməsi qaydaları sərtləşdirilir

Gürcüstanda fərdi şəxslərə kredit verilməsi şərtləri 2027-ci ildən etibarən mərhələli şəkildə sərtləşdiriləcək.

Aktual.ge xəbər verir ki, Gürcüstan Milli Bankının Maliyyə Sabitliyi Komitəsinin qərarına əsasən, kredit xidməti nisbətinin (PTI) hesablanmasında istifadə olunan gəlir limiti dəyişdiriləcək.

Hazırda 25 faizlik kredit xidməti nisbəti gəliri 1 500 lariyə qədər olan borcalanlara tətbiq edilir. 1 fevral 2027-ci ildən bu limit 2 000, 1 sentyabrdan isə 2 500 lari olacaq.

Milli Bank dəyişiklikləri əməkhaqqı və digər nominal iqtisadi göstəricilərdəki artımla əsaslandırıb.

Bildirilir ki, yeni qaydaların məqsədi borclanma risklərini azaltmaq və maliyyə sisteminin davamlılığını qorumaqdır.

ŞƏRH YAZ
2