Kateqoriyalar
Marneulidə orta yaşlı kişi iş başında həyatını itirib.
Aktual.ge-nin xəbərinə görə, ilk məlumatlara görə, orta yaşlı kişi daş sexində işlədiyi zaman qəfil ürəktutmasından vəfat edib.
O, klinikaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məlumat üçün bildirək ki, bu gün, günorta saatlarında Marneulinin Təzəkənd kənd sakini, 23 yaşlı gənc də ürək tutması nəticəsində həyatını itirib.