Milli Ətraf Mühit Agentliyi 24–25 sentyabr tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Aktual.ge xəbər verir ki, agentliyin məlumatına görə, ölkə ərazisinin əksər hissəsində yağış gözlənilir.
Bildirilib ki, 24 sentyabr gününün sonundan 25 sentyabr səhərinədək Gürcüstanın əksər ərazilərində yağış gözlənilir.
"Abxaziya, Acara, Sameqrelo–Zemo Svaneti, Raça-Leçxumi, Mtsxeta-Mtianeti və Kaxeti bölgələrinin bəzi ərazilərində yağıntının intensivliyi güclü olacaq. Şimşək çaxması, dolu yağması, küləyin güclənməsi, dənizdə 3–4 ballıq fırtınalı dalğalanma mümkündür.
Gözlənilən yağıntılar çaylarda suyun səviyyəsinin artmasına, kiçik çaylarda daşqınlara, eləcə də təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel hadisələrinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər", - deyilən məlumatda müvafiq hava şəraitinin təhlükə səviyyəsi orta hesab olunur.