Fuad Muradov Vyanada azərbaycanlılarla görüşüb
Bugün
130
Dünya
A
Fuad Muradov Vyanada azərbaycanlılarla görüşüb

"Xaricdə yaşayan azərbaycanlıların milli kimlik, tarixi-mədəni irs və ümummilli maraqlar ətrafında birləşməsi, Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsi dövlətimizin diaspor siyasətinin əsas prioritetlərindəndir".

Aktual.ge xəbər verir ki, bunları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropaya səfəri çərçivəsində Avstriyanın paytaxtı Vyanada azərbaycanlılarla görüşündə deyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diaspor siyasətinin əsas istiqamətləri, soydaşlarımızla əlaqələrin genişləndirilməsi və diaspor təşkilatlarına göstərilən dəstək barədə məlumat verib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə azərbaycanlıların milli maraqlar ətrafında birləşməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm nəticələrin əldə olunduğunu bildirib.

ŞƏRH YAZ
0