Kateqoriyalar
Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti güclü elektromaqnit şüalanması vasitəsilə eyni vaxtda 51 dronu bir neçə saniyə ərzində zərərsizləşdirə bilən "Ejderha" pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sisteminin uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Bildirilib ki, sınaqların birinci mərhələsində sistem təxminən 1 000 metr məsafədə kabellə idarə olunan iki dronu sıradan çıxarıb. İkinci mərhələdə isə "Ejderha" eyni vaxtda havaya qalxan 51 drondan ibarət dəstəni zərərsizləşdirib.