Prokurorluq: İki partiyanın ofisindən “Molotov kokteyli” hazırlamaq üçün benzin və digər ləvazimatlar götürülüb
Bugün
28
Siyasət
A
Prokurorluq: İki partiyanın ofisindən “Molotov kokteyli” hazırlamaq üçün benzin və digər ləvazimatlar götürülüb

Prokurorluq 2024-cü il dekabrın 4-də “Girçi – Daha çox Azadlıq” və “Droa” partiyalarının ofislərindən nələrin götürüldüyünü açıqlayıb.

Aktual.ge xəbər verir ki, 2024-cü il dekabrın 4-də Tbilisidə “Girçi – Daha çox Azadlıq” və “Droa” partiyalarının ofislərində aparılan axtarış zamanı nələrin götürüldüyü ilə bağlı IPN-in sualına Prokurorluqdan belə cavab verilib:

“2024-cü il dekabrın 4-də ‘Girçi – Daha çox Azadlıq’ və ‘Droa’ partiyalarının ofislərində aparılan axtarış nəticəsində ‘Molotov kokteyli’ hazırlamaq üçün lazım olan benzinlə dolu bidonlar və digər ləvazimatlar götürülüb”.

Xatırladaq ki, “Droa” partiyasının liderlərindən biri Qiqa Lemoncava Konstitusiya Məhkəməsində partiyanın ofisində aparılan axtarış barədə danışıb. O, axtarış zamanı ədyalların, döşək materiallarının, pufların, fizioloji məhlulun, respiratorların, əleyhqazların, qızdırıcıların, texniki avadanlıqların, eləcə də otağının divarından asılmış fotoşəkillərin götürüldüyünü qeyd edib.

ŞƏRH YAZ
0