Qardabanidə keçmiş həyat yoldaşını 25 min dollara öldürtmək istəyən şəxs saxlanılıb
Bugün
516
Siyasət
A
Qardabanidə keçmiş həyat yoldaşını 25 min dollara öldürtmək istəyən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları intensiv şəkildə həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində ailə üzvünə qarşı sifarişli qəsdən adam öldürməyə hazırlıq ittihamı ilə bir nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qurumun məlumatına görə, Qardabani bələdiyyəsində yaşayan kişi boşandıqdan sonra qısqanclıq zəminində yaranmış münaqişə səbəbindən keçmiş həyat yoldaşını sifarişlə öldürməyi planlaşdırıb.

"İstintaqla müəyyən edilib ki, Qardabani bələdiyyəsində yaşayan kişi boşandıqdan sonra qısqanclıq zəminində yaranmış münaqişəyə görə keçmiş həyat yoldaşının qətlini sifariş etmək niyyətinə düşüb. Cinayət niyyətini həyata keçirmək üçün təqsirləndirilən şəxs tanışına müraciət edərək 25 000 ABŞ dolları müqabilində muzdlu qatil ("killer") tapmağı tapşırıb.

Hakimin qərarı əsasında həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs qətlin onların üç azyaşlı övladının analarının yanında olmadığı vaxt həyata keçirilməsini istəyib.

Aparılan axtarışlar nəticəsində təqsirləndirilən şəxsin yaşadığı evdən maddi sübut kimi müxtəlif modellərdə odlu silahlar, döyüş sursatları və onun tanışı ilə əlaqə saxladığı mobil telefon götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - qurumun məlumatında deyilir.

ŞƏRH YAZ
0