Marneulidə Qurban bayramı namazı qılınacaq
26.05.2026 23:54
323
Siyasət
A
Marneulidə Qurban bayramı namazı qılınacaq

Marneuli şəhərinin mərkəzi Hz. İmam Əli (ə.s) Məscidində Qurban bayramı namazı qılınacaq.

Bu barədə Aktual.ge xəbər portalına həmin Məscidin axundu, imam cümə Hacı Hacıyev məlumat verib.

Bildirib ki, 27 may saat 08:30-da Marneuli İmam Əli Məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınacaq.

"Ölkə və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkəmizə və dünyamıza əmin amanlıq və sülh arzulayıram. Bu il Qurban bayramı 27 may tarixinə 'təsadüf' etdi. Müsəlmanların Qurban bayramı namazında iştirakı mühümdür. Kəsilən qurbanları Allah öz dərgahında qəbul etsin" - din xadimi qeyd edib.

Qeyd edək ki, eyni vaxtda Marneulidəki daha bir sıra Məscidlərdə bayram namazı əda ediləcək.

ŞƏRH YAZ
2