Ayətullah Xamenei: ABŞ bundan sonra regionda hərbi bazalar qura bilməyəcək, İsrailin isə...
Bugün
126
Siyasət
A
Ayətullah Xamenei: ABŞ bundan sonra regionda hərbi bazalar qura bilməyəcək, İsrailin isə...

İran lideri Ayətullah Müctəba Xamenei İslam ölkələrinə əməkdaşlıq çağırışı edərək, "ABŞ-nin bundan sonra regionda hərbi bazalar qura bilməyəcəyini, İsrailin isə son dövrünün yaxınlaşdığını" deyib.

Aktual.ge xəbər verir ki, İran rəhbərinin Qurban Bayramı və Həcc təşkilatçılığı münasibətilə ünvanladığı yazılı mesajında belə qeyd olunub.

Mesajında İslam ölkələrinə əməkdaşlıq və birgə fəaliyyət çağırışı edən Müctəba Xamenei belə qeyd edib:

"İslam ümmətini irəli aparmaq və İslam dünyasının problemlərini həll etmək üçün birlikdə çalışa bilməyimiz naminə, bütün İslam ölkələrini və hökumətlərini səmimi qəlbdən dostluq və əməkdaşlığa dəvət edirəm".

ABŞ-nin regionda əvvəlki mövqeyini itirdiyini qeyd edən Xamenei bu şərhi verib:

"Bu məsələdə qəti olan odur ki, zaman geriyə dönməyəcək və regiondakı xalqlar ilə ərazilər artıq Amerika bazalarının qalxanı olmayacaq. Regionda şərin yuva qurması və hərbi bazaların yaradılmasının artıq qeyri-mümkün olması ilə yanaşı, ABŞ hər keçən gün əvvəlki statusundan uzaqlaşır".

ABŞ-İsrail hücumunda həyatını itirən atası, keçmiş İran lideri Ayətullah Seyid Əli Xameneinin "İsrail 25 il ərzində yox olacaq" sözlərinə istinad edən Müctəba Xamenei İsrailin öz varlığının son mərhələlərinə yaxınlaşdığını vurğulayıb.

ŞƏRH YAZ
2