Mayın 27-də Tbilisidə “Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi” (GASU) və “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı, SOCAR-ın dəstəyi ilə Gürcüstan və Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş panel görüş keçirilib.
Aktual.ge xəbər verir ki, tədbir iki panel formatında baş tutub.
Birinci paneldə aşağıdakı mövzular üzrə çıxışlar edilib:
• Türkan Kazımlı – “Gürcüstan-Azərbaycan müasir dövrdə”
• Aytəkin Allahverdiyeva – “Gürcüstan-Azərbaycan əlaqələri beynəlxalq aləmdə”
• Firəngiz Hüseynova – “Gürcüstan-Azərbaycan iqtisadi əlaqələri”
• Ülviyyə Ağayeva – “Gürcüstan və Azərbaycan arasında enerji layihələri”
İkinci paneldə isə aşağıdakı mövzular müzakirə olunub:
• Zeynəb Nurmamedova – “Gürcüstan-Azərbaycan əlaqələri: tarixə baxış (1918–1921)”
• Sara İskəndərova – “Gürcüstan-Azərbaycan mədəni əlaqələri”
• Nigar Mamedova – “Gürcüstan və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq”
• Bağda Əliyeva – “Diaspora əlaqələri və sosial layihələr”
Hər iki panelin moderatoru Emil Allahverdiyev olub.
Tədbir zamanı Gürcüstan və Azərbaycan arasında tarixi, siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb, auditoriyanın sualları cavablandırılıb.
“İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov çıxış edərək tədbirlə bağlı fikirlərini bölüşüb. “OXU Təhsil Mərkəzi”nin rəhbəri Murad Muradov isə bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə gənc könüllü Sultan Süleyman Novruzov tərəfindən hazırlanmış, Gürcüstan və Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş videoçarx da nümayiş etdirilib.
Sonda “Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi”nin sədri Aytəkin Allahverdiyeva təşkilat üzvlərinə üzvlük kartlarını təqdim edib, panel iştirakçılarına isə fəal iştiraklarına görə plaketlər verilib.




