Qoridə zorakılıqla bağlı 6 nəfər polis saxlanılıb
Bugün
338
Siyasət
A
Qoridə zorakılıqla bağlı 6 nəfər polis saxlanılıb

 Qoridə zorakılıqda ittiham olunan 6 polis barəsində həbs qətimkan tədbiri seçilib.

Aktual.ge xəbər verir ki, Qori Rayon Məhkəməsinin hakimi eyni zamanda altı polis əməkdaşının vəzifədən uzaqlaşdırılması ilə bağlı vəsatəti də təmin edib.

 Mayın 27-də Qoridən yayılan görüntülərdə Kombinat qəsəbəsində polis əməkdaşlarının vətəndaşlara fiziki zorakılıq göstərərək onları saxladıqları əks olunub. Daha sonra prokurorluq Qoridə polis əməkdaşlarının vətəndaşlara qarşı zorakılığı ilə bağlı istintaqa başlanıldığını açıqlayıb.

Axşam saatlarında isə polis zorakılığına məruz qaldığı bildirilən Papuna Lotsulaşvili saxlanılıb. Bir neçə saat sonra o, Qori müvəqqəti saxlama təcridxanasını tərk edərək tibbi müayinələrdən keçirilməsi üçün klinikaya aparılıb.

ŞƏRH YAZ
0