Kvemo Kartlidə dələduzluq faktı | Bir nəfər saxlanlıb
Bugün
283
Siyasət
A
Kvemo Kartlidə dələduzluq faktı | Bir nəfər saxlanlıb

Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər Şöbəsinin əməkdaşları iri məbləğdə dələduzluq ittihamı ilə bir nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Rustavidə tez ödəniş terminallarına nağd pul əvəzinə saxta əskinaslar yerləşdirərək böyük məbləğdə maddi fayda əldə etməyə çalışıb. Nəticədə şirkətə 7 000 laridən çox maddi zərər dəyib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq hərəkətləri, o cümlədən şəxsi axtarış zamanı saxta əskinaslar maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
0